Azərbaycan.media xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.
Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva bildirib ki, oğurluq barədə xəbəri səhər saatlarında alıb. O, qeyd edib ki, oğurlanan yeganə əşyalar – döyüş dəbilqəsi və çəkmələri – 4 ildir şüşə qutuda, məzarın yanında qorunurdu.
Digər şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə hadisədən sonra dərin sarsıntı yaşadıqlarını bildirib: “Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar”.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır və əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxundu: 13
