Azərbaycan.media xəbər verir ki, bu gün Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Cəlilabad rayonunda 110 kV-luq, Yardımlıda isə 35 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar olaraq:
-
Saat 10:00-dan 12:30-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndləri və Biləsuvarın Əmənkənd qəsəbəsində
-
Saat 11:00-dan 13:00-dək Yardımlının Abdinli, Anzov, Arvana, Avaş, Bozayran, Bürzünbül, Gərsava, Hamarkənd, Köryədi, Kürəkçi, Qabaqdibi, Qaraqaya, Perimbel, Şəfəqli, Şiləvəngə, Urakəran və Vərgədüz kəndlərində
elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
