Rəqsanə İsmayılovanın vəkili: Zərərçəkən tərəfə qalan borc ödənəcək

Azərbaycan.media xəbər verir ki, Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev müğənninin ev dustaqlığına buraxılması ilə bağlı açıqlama verib.

Vəkil bildirib ki, zərərçəkən tərəflə razılıq əldə olunub və aralarındakı məsələlər həll edilib: “Qarşı tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik. Lakin hazırkı mərhələdə müdafiə etdiyim tərəfin cinayət işi ilə bağlı ödənilən məbləğin miqdarını açıqlaya bilməyəcəyəm. Ev dustaqlığı Rəqsanə xanımın həbsinin qalan hissəsini əhatə edəcək.”

Hikmət Əliyev əlavə edib ki, zərər tam ödənildikdən sonra Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər. Vəkil həmçinin müğənninin ev dustaqlığı dövründə hər hansı məhdudiyyətlər barədə suala cavab verməkdən imtina edib.