Keyt Uinslet: “Qadınlar yaşlandıqca daha seksual olurlar”

Azərbaycan.media xəbər verir ki, “Titanik” filminin ulduzu Keyt Uinslet yaşlanma ilə bağlı fikirlərini bölüşüb.

Publika.az-ın məlumatına görə, məşhur aktrisa bu barədə “YouTube”da yayımlanan bir podkastda danışıb.

Uinslet bildirib ki, qadınların yaşlandıqca daha seksual olduqları qənaətindədir:

“Biz, 40 yaşdan yuxarı qadınlar çox vaxt belə düşünməyə öyrəşmişik: artıq son yaxınlaşır. Menopauzanın gələcəyini, cinsi həyatın dayanacağını, döşlərin sallanacağını, dərinin qırışacağını təsəvvür edirik. Amma birincisi, bəs nə olsun? İkincisi, bunlar sadəcə stereotipdir. Şəxsən mən tamamilə möhtəşəm göründüyümü düşünürəm. Qadınlar yaşlandıqca daha dolğun və seksual olurlar”.

Aktrisa əlavə edib ki, orta yaşlı qadınlar öz mənliklərini daha yaxşı dərk edir, daha güclü olurlar və həyatdan narahatlıq duymadan daha rahat şəkildə zövq ala bilirlər.