Göygöldə “Mercedes” divara çırpıldı: iki nəfər hadisə yerində öldü

Azərbaycan.media xəbər verir ki, Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Məlum olub ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Qəza zamanı 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları ağır xəsarətlər səbəbindən yerindəcə həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.