Azərbaycan.media xəbər verir ki, ürək tutmaları və insultlarla əlaqəli riskləri yüksəldə bilən qidalar müəyyən edilib.
Axar.az-ın Medicina.az-a istinadən məlumatına görə, qastroenteroloq İrina Yakovleva emal olunmuş qidaların, kolbasaların və müxtəlif sousların tərkibində yüksək miqdarda duz olduğundan onların ürək-damar xəstəlikləri riskini artırdığını bildirib.
“Nə qədər çox duz qəbul etsəniz, hipertoniya riski bir o qədər yüksəlir və bu, ürək tutması ilə insult üçün birbaşa yoldur. Duzun əsas hissəsi kolbasa, sosiska, pendir, souslar, fəsd-fud və emal olunmuş digər qidalardan gəlir. Buna görə də daha az emal olunmuş qida istehlak etməli, ev yeməklərinə üstünlük verməlisiniz”, – həkim vurğulayıb.
Yakovlevanın sözlərinə görə, şəkərin həddindən artıq qəbulu da az təhlükəli deyil. Şirniyyatlar və şəkərli içkilər artıq çəkiyə, triqliseridlərin yüksəlməsinə və diabet riskinin artmasına səbəb ola bilər.
“Qazlı içkilər, enerji içkiləri, şirinləşdirilmiş qatıqlar, qablaşdırılmış şirələr, peçenye və konfetlər zərərli deyil, lakin onlar gündəlik vərdiş deyil, ara-sıra istehlak olunan məhsullar olmalıdır”, – mütəxəssis əlavə edib.
