Azərbaycan.media xəbər verir ki, Polşa Rusiya Federasiyasının ölkədə fəaliyyət göstərən son Baş konsulluğunu da bağlamaq qərarı alıb.
Polşa Xarici İşlər Nazirliyi Rusiya konsulluğunun Qdansk şəhərindəki fəaliyyətini dayandıracağını açıqlayıb. “Rzeczpospolita” nəşrinin məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski mətbuat konfransında qərarı təsdiqləyib və yaxın saatlarda Moskvaya nota təqdim ediləcəyini bildirib.
Sikorski qərarın Rusiyanın diversiya addımlarına cavab olaraq qəbul edildiyini vurğulayıb. Rəsmi Moskva isə bu ittihamları rədd edir.
