2026-cı ilin büdcəsində səhiyyə xərcləri artırılır – 2 milyard manat ayrılacaq

 

Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait nəzərdə tutulub. Bu rəqəm 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 11 faiz çoxdur.

Bunu maliyyə naziri Sahil Babayev parlamentdə büdcə müzakirələri zamanı bildirib.

Nazirin sözlərinə görə, səhiyyə ilə bağlı xərclər dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edəcək.

Sahil Babayev əlavə edib ki, gələn il icmal büdcədən səhiyyə xərclərinə ümumilikdə 3,7 milyard manat ayırmaq planlaşdırılır. Bu isə 2025-ci ilin göstəricisi ilə müqayisədə 227 milyon manat və ya 6,4 faiz çoxdur.