Ruslan Müşfiqabadlıdan qalmaqallı açıqlama: “Ağamirzə və Vüqar Əbdülov mənim ustadım deyil”

 

Azərbaycan.media xəbər verir ki, tanınmış meyxanaçı Ruslan Müşfiqabadlı son açıqlaması ilə müzakirələrə səbəb olub.

Meyxanaçı bu sənətdə heç kimi özünə ustad hesab etmədiyini deyib:

“Meyxanada ‘mənim ustadım’ anlayışı yoxdur. Onlar mənim yox, sənətin ustadlarıdır. Bu səbəbdən onlara ehtiram göstərirəm. Ağamirzə də, Vüqar Əbdülov da mənim ustadım olmayıb, mənə heç nə öyrətməyiblər”, – deyə o bildirib.