🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hikmət Hacıyev Zəngəzur dəhlizində inşa edilən sürətli avtomobil yolunun görüntülərini təqdim edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizinin tərkib hissəsi kimi inşa olunan sürətli avtomobil yolundan video paylaşıb.

Məlumata görə, o, görüntüləri özünün X hesabında yayımlayıb. Hacıyev paylaşımında bildirib:

“Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə dair görüntülər paylaşmışdım. Bu gün isə dəhlizin tərkib hissəsi olaraq inşa edilən sürətli avtomobil yolunun videosunu təqdim edirəm – bu, regionun gələcəyini formalaşdıran bir layihədir.”