Azərbaycan.media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaja ilə görüş keçirib.
Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanda innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər ətrafında geniş müzakirələr aparılıb. Tərəflər İKT sahəsində normativ-hüquqi bazanın genişləndirilməsi və bu istiqamətdə birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
