🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Moskvada 6 yaşlı oğlunu qətlə yetirən qadın həbs edildi

 

Azərbaycan.media xəbər verir ki, Moskva vilayətinin Balaşixa şəhərində 6 yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Yelena Tsutskova barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə APA-nın Moskva bürosu məlumat yayıb.

Moskva Vilayətinin Balaşixa Məhkəməsi Tsutskovanın iki ay müddətinə həbs olunması barədə qərar verib. O, azyaşlı oğlunu öldürdüyünü etiraf etsə də, cinayətin motivini izah edə bilməyib.

İstintaq məlumatına görə, Tsutskova 16 noyabrda mənzilində qətli törədib, daha sonra uşağın cəsədini hissələrə ayıraraq başını Moskvadakı Qolyanovski gölünə atıb.

Hüquq-mühafizə orqanları həmin gün axşam saatlarında uşağın başı kəsilmiş cəsədini qadının mənzilinin eyvanında aşkarlayıb. Hadisə ilə bağlı istintaq davam edir.