Azərbaycan.media xəbər verir ki, ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas “Tramp Marşrutu”nun – Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin müzakirəsi məqsədilə Gürcüstana səfər edib. Məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb.
Səfirliyin bəyanatına görə, Askonasın səfəri “Gürcüstanın Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu necə dəstəkləyə biləcəyinin müzakirəsinə həsr olunub. Bu çərçivədə o, Ermənistanla sərhəddə yerləşən Sadaxlo sərhəd-keçid məntəqəsinə də baş çəkib.
ABŞ rəsmisinin səfər proqramına Gürcüstan Xarici İşlər Nazirliyi və hökumət nümayəndələri, eləcə də bir sıra beynəlxalq maliyyə qurumları ilə görüşlər daxildir.
