🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya və ABŞ məhbus mübadiləsi ilə bağlı yeni danışıqlar aparır

 

Azərbaycan.media xəbər verir ki, Rusiya və ABŞ arasında yeni məhbus mübadiləsi imkanları müzakirə olunub. Bu barədə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Axios-a açıqlama verib.

Nəşrin qeyd etdiyi, adını açıqlamayan ABŞ rəsmisi isə görüşlərin pozitiv keçdiyini, lakin hələlik konkret razılaşmanın əldə edilmədiyini bildirib.

Məsələ ilə tanış olan Axios mənbəsinə görə, Moskva bu dəfə mümkün mübadilənin “xoşməramlı münasibət göstərəcəyinə və iki ölkə arasında etimadı gücləndirəcəyinə” ümid edir.