Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Yadigar Muradovla Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub.
Mərhumun nəşinin dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparıldığı bildirilir.
Ailənin məlumatına görə, vida mərasiminin ləğv edilməsinə səbəb əlverişsiz hava şəraiti olub.
