🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan Rusiyadan sabiq Baş prokurorun ekstradisiyasını tələb edir

 

Azərbaycan.media xəbər verir ki, Ermənistan sabiq Baş prokuror Gevork Kostanyanın ekstradisiyası üçün Rusiyaya rəsmi müraciət göndərməyə hazırlaşır. Bu barədə ölkənin Baş prokuroru Anna Vardapetyan parlament dinləmələrində məlumat verib.

Onun sözlərinə görə, İrəvan həmçinin 1 mart 2008-ci il hadisələrinə dair iş üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın da Ermənistana gətirilməsinə çalışır.

Hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutların saxtalaşdırılması və 2008-ci il 1 mart olaylarına dair istintaqın təhrif edilməsində ittiham olunur.

Ermənistan tərəfi bildirir ki, Gevork Kostanyan və Vaaqn Arutyunyan hazırda Rusiyada yaşayırlar. Lakin Moskvanın onların ekstradisiyası ilə bağlı hələlik müsbət qərar vermədiyi qeyd olunur.