🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranda həyat səviyyəsi kəskin aşağı düşür – resurs qıtlığı və sosial gərginlik artır

 

Azərbaycan.media xəbər verir ki, son 5 ildə İranda əhalinin həyat səviyyəsi sürətlə pisləşib. Ölkədə işıq və su qıtlığı dərinləşir, xidmət sahəsində ciddi çatışmazlıqlar müşahidə olunur, sosial problemlər isə daha da ağırlaşıb.

Əhalinin gündəlik qayğıları artdığı bir zamanda İran hökuməti daxili problemlərin həllinə yönəlmək əvəzinə büdcə və resurslarını xarici fəaliyyətlərə sərf edir. Silahlı qruplaşmaların maliyyələşdirilməsi, regional proseslərə müdaxilə və troll şəbəkələrinin genişləndirilməsi rəsmi Tehranın əsas prioritetlərindən birinə çevrilib.

Bu siyasət ölkə iqtisadiyyatını zəiflədir, sosial narazılığı isə daha da artırır. Nəticədə İran vətəndaşları gündəlik həyatda getdikcə daha ağır şərtlərlə üz-üzə qalırlar.