🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vaqarşapat seçkilərinin nəticələri Paşinyana əlavə siyasi impuls verib – “İravunk”

 

Azərbaycan.media xəbər verir ki, Ermənistanın hakim “Mülkü Müqavilə” partiyasında dolaşan məlumatlara görə, Vaqarşapat (Eçmiədzin) seçkilərinin nəticələri Baş nazir Nikol Paşinyana ciddi siyasi təkan verib.

“İravunk” qəzeti iddia edir ki, seçki nəticələri açıqlanan gecə Paşinyan Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinə zəng edərək onun fəaliyyətindən xüsusi razılıq ifadə edib. Bildirilir ki, nazirin yaxın zamanda daha yüksək vəzifəyə gətirilməsi də müzakirə olunur.

Qəzetin məlumatına görə, katolikos II Qareginə qarşı kampaniyanın son mərhələsi mayın 27-də – Vaqarşapatın yeni rəhbərinin andiçmə mərasimindən sonra faktiki olaraq başlayacaq