🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski sabah Türkiyəyə səfərə gedir – Ukrayna müharibənin dayandırılması üçün danışıqları intensivləşdirir

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski yaxın saatlarda Türkiyəyə səfər edəcək. Bu barədə dövlət başçısı özünün Teleqram kanalında məlumat yayıb.

Zelenski bildirib ki, səfər çərçivəsində bir sıra mühüm görüşlər planlaşdırılıb və danışıqların intensivləşdirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Ukrayna tərəfdaş ölkələrə təqdim etməyi planlaşdırdığı yeni həll paketləri hazırlayıb.

“Ukraynanın əsas prioriteti müharibəyə son qoymaq üçün mümkün olan hər şeyi etməkdir. Həmçinin əsirlərin qaytarılması prosesini bərpa etmək istiqamətində çalışırıq”, – deyə Zelenski vurğulayıb.