Gəncədə kişi 20 metr hündürlükdən çaya yıxıldı – FHN xilas etdi

 

 

Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Gəncə şəhəri ərazisində bir şəxsin Gəncə çayının dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə ilə bağlı dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpüdən keçərkən ehtiyatsızlıq səbəbindən təxminən 20 metr hündürlükdən Gəncə çayının dərəsinə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə edərək vətəndaşı dərədən çıxarıb xilas ediblər və onu təcili tibbi yardım briqadasına təhvil veriblər.