🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya-Ukrayna müharibəsində itkin düşmüş Ağdam sakininin nəşi tapılıb

Azərbaycan.media xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab olunan Ağdam rayon Bənövşələr qəsəbə sakini, 1994-cü il təvəllüdlü Quliyev Nicat Telman oğlunun nəşi tapılıb. Bu barədə APA-nın Qarabağ bürosuna yerli sakinlər məlumat veriblər.

Məlumata görə, bir ildən artıq müddətdir ki, taleyindən xəbər olmayan N.Quliyevin cənazəsi döyüş bölgəsindən tapılıb və yaxın günlərdə Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd olunur ki, N.Quliyev 44 günlük Vətən müharibəsində iştirak etmiş, daha sonra isə Rusiya ordusu sıralarında Ukraynada gedən döyüşlərə qatılmışdı.