Anar Rzayevin təkərli oturacaqda fotosu ilə bağlı narahatlıqlar əsassızdır

Azərbaycan.media xəbər verir ki, sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu geniş müzakirələrə səbəb olub və bir çoxları onun səhhəti ilə bağlı narahatlıq ifadə edib.

Məsələ ilə bağlı AYB sədr müavini və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açıqlama verib. O bildirib ki, Xalq yazıçısının vəziyyəti ağır deyil:

“Özü ilə indicə danışdım. Dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə şəkil çəkilib. Səfərlərdə olarkən İstanbul aeroportunda bu xidmətdən ara-sıra istifadə edib. Öz sözlərinə görə, qocalıq və şəkər xəstəliyi birinci ayaqdan başlayıb. Anar müəllim tezliklə işdə olacaq. Narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gələrək Anar müəllimlə şəkil çəkdirə bilərlər. Allah Anar müəllimə cansağlığı versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!”