Azərbaycan.media xəbər verir ki, Sabunçu rayonunda paytaxt sakininə məxsus “Geely” markalı avtomobil qaçırılıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə birlikdə saxlanılıblar.
Bundan başqa, Nəsimi rayonunda bir nəfərə məxsus “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev də nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Araşdırmalar davam etdirilir.
