Kənd məktəblərində bəzi fənlər üzrə müəllim çatışmazlığı problemi davam edir

 

 

Azərbaycan.media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bəzi kənd məktəblərində xüsusilə musiqi və təsviri incəsənət fənləri üzrə müəllim çatışmazlığının olduğunu açıqlayıb.

Nazir bildirib ki, kənd məktəblərində dərs saatlarının az olması müəllimlər üçün iqtisadi cəhətdən sərfəli olmadığından, həmin məktəblərə ixtisaslı müəllim göndərmək çətinlik yaradır.

“Problemin mahiyyəti dəyişməlidir. Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimiz var və kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək mümkün deyil, illər tələb olunur. Əsas odur ki, problemin həlli üçün təklif irəli sürülüb və zamanla həll tapacaq”, – nazir əlavə edib.