Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 18-i üçün hava proqnozunu açıqlayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulma müşahidə ediləcək. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir dumanın olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Gecə temperaturu 8-12, gündüz 16-21 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq
