Həyata Gülümsəyən Körpələrdən Mübarizliyi Öyrənək – Gültəkin Novruzova

Azərbaycan.media xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin  Müalicə-profilaktika fakültəsi və  Uşaq xəstəlikləri kafedrası Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasında assistent vəzifəsində çalışan Gültəkin Novruzova bildirib.

O qeyd edib: “Məncə, həyatda mücadilə etməyi bu körpələrdən, gələcəyə ümidlə baxmağı isə onların valideynlərindən öyrənmək lazımdır. Elmi-Tədqiqat Pediatriya İnstitutunda vaxtından əvvəl, az bədən kütləsi ilə doğulmuş və uzun müddət müalicə alan körpələr bugün yüksək tibbi xidmətin sayəsində həyata gülümsəyirlər. Bu, həm tibb sahəsindəki irəliləyişlərin, həm də valideynlərin səbr və əzmkarlığının bariz nümunəsidir.”

Gültəkin Novruzova həmçinin vurğulayıb ki, hər bir bu cür uşaq həm tibb işçilərinə, həm də cəmiyyətə ümid və ilham verir. “Xoşbəxt olun, uşaqlar!” – deyə o sözlərini tamamlayıb.

 

https://www.facebook.com/share/v/1BybcbQJ6u/

 

Fuad BİLƏSUVARLI

Mənbə: Azərbaycan.media