🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çin səfiri: Azərbaycan çinli turistlər üçün cəlbedici istiqamətə çevrilir

 

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Çin vətəndaşları üçün yüksək maraq doğuran turizm istiqamətlərindən birinə çevrilir. Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən “China Visitors Summit” tədbirində deyib.

Səfir bildirib ki, 1992-ci ildən bəri iki ölkə arasında formalaşan etimada əsaslanan tərəfdaşlıq son illər daha da möhkəmlənib və yeni mərhələyə yüksəlib.

Lu Mey qeyd edib ki, Prezident İlham Əliyevin bu il Çinə iki dəfə səfəri və dövlət başçısının Çin Sədri Si Cinpinlə birgə hərtərəfli strateji tərəfdaşlığın təsis edilməsi turizm də daxil olmaqla bütün sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradıb.