🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusif Hüseynov yenidən İrəvana səfər edib

Azərbaycan.media xəbər verir ki, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov İrəvana səfər edib. O, şəhərdə keçirilən “Orbeli forumu: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı beynəlxalq forumda iştirak edib.

Forumda çıxış edən Hüseynov bildirib ki, Azərbaycan ictimaiyyəti və KİV ötən ay İrəvana səfər edən vətəndaş cəmiyyəti nümayəndələrinin nəticələrinə maraq göstərir:

“Cəmiyyətlər arasında dialoqa maraq artır, İrəvan səfəri etimad quruculuğu istiqamətində bir addım olub. Bir çoxları müsbət yanaşır, KİV səfərin nəticələri ilə fəal şəkildə maraqlanır. Düşünürəm ki, Ermənistan nümayəndə heyəti Azərbaycana səfər edib qayıtdıqdan sonra burada da eyni reaksiya olacaq. Biz qarşılıqlı tanışlıq mərhələsindəyik. Bu gün qarşıdurma ritorikasını davam etdirmək də olar, bir-birimizi eşitməyə və anlamağa çalışmaq da. Vacib olan budur ki, indi ikinci yolu seçmək imkanımız var.”

Xatırladaq ki, oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi keçirilib. Azərbaycan tərəfdən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, 1news.az baş redaktoru Kəmalə Məmmədova və Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva iştirak ediblər. Ermənistan tərəfdən isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan qatılıb.