🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paşinyan İlham Əliyevin Göyçə gölü açıqlamasına cavab verməkdən yayınıb

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Çar Rusiyasının xəritələri və Azərbaycan Prezidenti İlham Əliyevin Göyçə gölünün tarixi adı ilə bağlı sual qarşısında birbaşa cavab verə bilməyib.

Qeyd edək ki, Prezident İlham Əliyev açıqlamasında “Sevan gölü” ifadəsinin Çar Rusiyasının 20-ci əsrin əvvəllərinə aid xəritələrində yer almadığını və həmin su hövzəsinin tarixi olaraq Göyçə adlandırıldığını bildirmişdi.

Hurriyyet.az-ın məlumatına görə, jurnalistin bu açıqlama ilə bağlı sualına cavab verməkdən yayınan Nikol Paşinyan deyib:

“Məni çətin vəziyyətə salırsınız. Bunu desəm, sualınıza cavab vermək əvəzinə, Əliyevin dediklərinə münasibət bildirməli olacağam.”