Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 5-nə olan hava proqnozunu açıqlayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər saatlarında bəzi ərazilərdə intensivləşəcəyi gözlənilir. Gün ərzində yağıntı tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 9–12, gündüz isə 15–18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 769 mm civə sütunu, nisbi rütubət isə 80–90 faiz təşkil edəcək.
Respublikanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan və duman müşahidə olunacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Rayonlarda gecə 6–11, gündüz 16–21, dağlıq ərazilərdə isə gecə 0–5, gündüz 5–9 dərəcə isti olacağı proqnozlaşdırılır.
