🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mikayıl Cabbarov: 2022–2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3 faiz olacaq

Azərbaycan.media xəbər verir ki, 2022–2025-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 3,3 faiz səviyyəsində proqnozlaşdırılır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.

Nazirin sözlərinə görə, büdcə layihəsi hazırlanarkən həm daxili, həm də xarici iqtisadi amillər nəzərə alınıb.

“Dünya iqtisadiyyatında qeyri-müəyyənliklər davam edir. Bunun fonunda Azərbaycanda cari ildə dayanıqlı inkişaf müşahidə olunur. 2025-ci ildə gözlənilən artım tempi nəzərə alınmaqla, 2022–2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3 faiz səviyyəsində proqnozlaşdırılır. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur və bu sahədə dörd illik dövr üzrə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı gözlənilir. Bu göstərici strateji hədəfləri üstələyir”, – deyə Mikayıl Cabbarov vurğulayıb.