Azərbaycan.media xəbər verir ki, Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunan “Günaydın Azərbaycan” verilişində mərhum Xalq artisti, tanınmış xanəndə Arif Babayevin sənətkara olan xatirə hədiyyəsi təqdim olunub.
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, Arif Babayev bu hədiyyəni həmkarına çoxdan təqdim etmək istəyib, lakin bunu həyata keçirmək mümkün olmayıb:
“Bu, Heydər Əliyev Fondu tərəfindən Arif Babayev üçün hazırlanmış xüsusi xatirə kitabıdır. İçərisində üç disk yer alır və bu külliyat bizim musiqi tariximiz üçün çox dəyərlidir. Sayı məhdud olan bir kitabdır, mənim üçün isə əvəzsiz bir hədiyyədir. Allah Arif müəllimin ruhunu şad etsin”.
Qeyd edək ki, Arif Babayevin 70 illik yubileyinə həsr olunmuş xatirə kitabı 2008-ci ildə nəşr edilib.
