🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Böyük Britaniyada sığınacaq müraciətlərinin sayı tarixi rekorda çatıb

Azərbaycan.media xəbər verir ki, 2024-cü ildə Böyük Britaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı 108 mini keçib. Bu göstərici ölkə üçün tarixi antirekord hesab olunur.

“The Times” qəzetinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatına istinadən yaydığı məlumata görə, müraciətlərin sayı əvvəlki illə müqayisədə 28 faiz artıb. 2023-cü ildə bu göstərici 84 min idi. Belə yüksək rəqəm 1979-cu ildən bəri ilk dəfədir qeydə alınır. Əvvəlki rekord isə 2002-ci ildə 103 min müraciət olub.

OECD-nin məlumatına əsasən, ötən il 44 min miqrant Böyük Britaniya ərazisinə qanunsuz daxil olmağa cəhd edib. Onların əksəriyyəti qaçaqmalçılar vasitəsilə Lamanş boğazını şişmə qayıqlarla keçməyə çalışıblar. 2023-cü ildə bu cəhdlərin sayı 38 min idi.

Hesabatda qeyd olunur ki, 10 mindən çox qanunsuz miqrant Pakistandan gəlib. Siyahıda növbəti yerləri Əfqanıstan və İran tutur.