Azərbaycan.media xəbər verir ki, Ukraynanın qaz alışı ilə bağlı məsələni həll etməsi üçün 750 milyon dollar vəsait çatmır. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib.
“Hazırda müzakirə etdiyimiz 2 milyard dollardan təxminən 750 milyon dollarımız çatmır. Qaz məsələsi ilə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirdi ki, bizə əlavə olaraq 127 milyon avro dəstək göstəriləcək”, – deyə Zelenski qeyd edib.
