🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ADY Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma rekorduna imza atıb


Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bir ay ərzində Abşeron dairəvi marşrutu ilə daşınan sərnişin sayında yeni rekorda imza atıb. Belə ki, oktyabr ayında dəmir yolu ilə 1 068 212 nəfər səfər edib.

Bu barədə məlumatı ADY yayıb. Qurumun açıqlamasında qeyd olunur: “Rahat və təhlükəsiz səfərlər üçün bizə etibar edən sərnişinlərimizə təşəkkür edirik!”.