Azərbaycan.media xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində avtomobildə kişi meyiti aşkarlanıb.
Hadisə yerində “Renault” markalı, 77 VG 878 dövlət nömrə nişanlı avtomobildə meyit tapılıb. Araşdırmalar zamanı meyitin həmin avtomobilin sahibi, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Fikrət Mürşüd oğlu Hüseynov olduğu müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən davam etdirilir.
