Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin oktyabrın 28-də təməlini qoyduğu Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub.
“Report”un məlumatına görə, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq və eyni vaxtda 615 nəfər ibadət edə biləcək.
İkimərtəbəli məscid binasında kişilər və qadınlar üçün ayrı ibadət sahələri nəzərdə tutulub. Həmçinin məsciddə icma zalı, avtomobil dayanacağı və söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr planlaşdırılıb.
