🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda pəncərədən yıxılan şəxs ölüb

Azərbaycan.media xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində pəncərədən yıxılma hadisəsi baş verib.

Oktyabrın 31-də 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı evdə pəncərə düzəldərkən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Nəsirov noyabrın 2-si dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.