Azərbaycan.media xəbər verir ki, İsmayıllı rayonunda bu gün iki dəfə yeraltı təkanlar baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ İsmayıllı stansiyasından 21 kilometr şimalda, yerli vaxtla saat 02:50-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, ocağının dərinliyi isə 4 kilometr olub. Təkanlar zəif olduğundan hiss olunmayıb.
Günün ikinci zəlzələsi isə saat 18:03-də baş verib. Maqnitudası 3,4 olan yeraltı təkanın ocağı 4 kilometr dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ episentrdə 4 bala, Basqal və Lahıc qəsəbələrində, həmçinin Əhən kəndi və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
