🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İsrailli ekspert: “Səmalar yenidən türklərin əlindədir”

Azərbaycan.media xəbər verir ki, Türkiyənin hərbi potensialının sürətli artımı İsrail üçün yeni strateji reallıq yaradıb. Bu fikirləri israilli hərbi ekspert Aharon Lapidot səsləndirib.

Onun sözlərinə görə, İsrail hələ də kəşfiyyat və döyüş təcrübəsi baxımından üstün mövqeyə malik olsa da, qarşısında artıq müasir silah sistemlərinə sahib olan Türkiyə dayanır: “İndi İsrailin qarşısında yeni ‘Tayfun’ qırıcıları, modernləşdirilmiş geniş F-16 donanması, yaxın zamanda xidmətdə olacaq 5-ci nəsil KAAN təyyarəsi və inkişaf edən PUA ekosisteminə malik Türkiyə var”.

Lapidot bildirib ki, Ankara regional strategiyalar baxımından ardıcıl və düzgün addımlar atır: “Türkiyə artıq ikinci dərəcəli deyil, birinci dərəcəli strateji qırıcılarla uçur. 9 milyard avro dəyərində ‘Tayfun’ müqaviləsi, F-16 modernləşdirilməsi və KAAN-ın yüksəlişi ilə ölkə tarixi dönüş nöqtəsinə qədəm qoyur. 2020-ci illərin sonuna qədər Türkiyə təkcə regional güc deyil, həm də qlobal hava məkanında həlledici aktora çevriləcək. Yəni səmalar yenidən türklərin əlindədir”.