Azərbaycan.media xəbər verir ki, Azərbaycan Motosiklet İdmanı Federasiyasının (AMİF) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Motokross Çempionatı keçiriləcək. Yarış noyabrın 11-də paytaxtın Badamdar ərazisində baş tutacaq.
Tədbirin əsas məqsədi Azərbaycanda motosportun inkişafına töhfə vermək, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsini anmaqdır.
Çempionatda ölkənin ən güclü motokross idmançıları ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən dəvət olunmuş pilotlar iştirak edəcəklər. Yarış günü tamaşaçılar həyəcan dolu mərhələlər, nümayiş çıxışları, moto-şou və motosiklet sərgilərini izləyə biləcəklər.
Qeyd edək ki, Motokross Çempionatı ənənəvi xarakter daşıyacaq və gələcək illərdə də Zəfər Gününə həsr olunaraq silsilə şəkildə təşkil ediləcək.
