🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyənin İsparta şəhərində “Dağ komando kursu” uğurla başa çatıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” uğurla başa çatıb.

Müdafiə Nazirliyinin APA-ya verdiyi məlumata görə, kursun başa çatması münasibətilə keçirilən buraxılış mərasimində Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib. Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edib, kurs müddətində qazanılan bilik və bacarıqların döyüş vərdişlərinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağını vurğulayıblar.

Mərasimdə məzunlara sertifikatlar təqdim olunub. Qeyd edək ki, “Dağ komando kursu”nda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitlərdə müasir döyüş aparma üsulları və yeni texnologiyaların tətbiqi öyrədilib.