Türkiyənin məşhur sənətçilərinin Yeni il konsertləri üçün qonorarları açıqlanıb
Türkiyənin məşhur sənətçilərinin Yeni il gecəsində əldə edəcəkləri qazanc məbləğləri açıqlanıb.
Azərbaycan.media xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, ən yüksək qonorar Hadisəyə məxsusdur. Sənətçi iki fərqli məkanda səhnəyə çıxaraq ümumilikdə 20 milyon TL (təxminən 810 min AZN) gəlir əldə edəcək.
“Gel Konuşalım” proqramında açıqlanan siyahıya görə, digər məşhur sənətçilərin qazancı da diqqət çəkir:
-
Ebru Gündeş – yalnız Antalya konsertindən 10 milyon TL (405 min AZN)
-
Sibel Can – 8 milyon TL (324 min AZN)
-
Ajda Pekkan, Kenan Doğulu və Yıldız Tilbe – hər biri 7 milyon TL (283 min AZN)
Siyahı Türkiyə musiqi sənayesində Yeni il gecəsi üçün böyük maliyyə rəqabətini bir daha göstərir.
