Kenyada sərnişin təyyarəsi qəzaya uğrayıb – 12 nəfər həlak olub
Keniyanın şərqində, Kvale dairəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Azərbaycan.media xəbər verir ki, 525.az xarici KİV-ə istinadən bildirir ki, göyərtədə olan 12 nəfərin hamısı həlak olub.
Ölkənin Mülki Aviasiya Departamentindən verilən məlumata görə, təyyarə Diani şəhərindən Kiçva Tembo şəhərinə uçurmuş. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra, hava limanından 40 km məsafədə, dağlıq əraziyə düşən təyyarə bir neçə hissəyə parçalanaraq alovlanıb.
Həlak olanlardan 4-ü ekipaj üzvü, qalan 8 nəfər isə bir ailənin üzvü olub. Yerli hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırır.
