(Günel Natiqə)
Allahı bətnində gizlədən qadın,
göy üzündən üz döndərən saatlar da var,
gözlərini payıza açanlar da…
Ağaclar qucaqların darısqallığından sınır…
Çünki,
hansı qaranlıqlar payız deyil ki…
Adam yalanlarında ovunar,
yollar ləpirlərinin arxasında…
Bəs Sən?..
Nə sönmüş ocaqları,
nə çatlamış qayıqları sevdim…
Bu nə ölməkdi belə?..
… bir pəncərə gizlətmişəm,
kimsə boylanmaz səni görməyə.
Ayaqlarının altı varsa, qorxma,
yollar rahat öləcək…
Allahı bətnində gizlədən qadın,
göy üzündən üz döndərən saatlar da var…
Müəllif: Eldar İsmayıloğlu
Mənbə: Azərbaycan.media
