🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Qəzzaya səfərə hazırlaşır – “Sülh Şurasına mən sədrlik edəcəyəm”

Tramp Qəzzaya səfərə hazırlaşır – “Sülh Şurasına mən sədrlik edəcəyəm”

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına səfər etməyi planlaşdırır.

Azərbaycan.media xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

“Bəli, gedirəm. Bilirsiniz, bizim Sülh Şurası var və artıq formalaşıb. Məndən ona sədrlik etməyimi xahiş ediblər. Əvvəlcə tərəddüd etdim, amma Şura çox nüfuzlu şəxslərdən ibarət olacaq və Yaxın Şərqdə mühüm təsir gücünə malik olacaq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Trampın irəli sürdüyü “20 bəndlik sülh planı”na əsasən, Qəzza zolağının idarəçiliyinin texnokratlardan və siyasətdən kənar fələstinli nümayəndələrdən ibarət müvəqqəti keçid hökumətinə verilməsi nəzərdə tutulur.