🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Budu sənin “tibbi ekosistemin”? – Poliklinikalardakı xaos

ƏVVƏLLƏR: özünü yaxşi hiss etmirdin gedirdin terapevtə, ürəyin agrıyırdı gedirdin kordioloqa, bogazın agrıyırdı bogaz həkiminə, gözün agrıyırdı göz həkiminə və s.və i.
İNDİ: ürəyin agrıyır gedirsən poliklinikaya, vəziyyətindən asılı olmayaraq deyirlər mutləq sahə həkimi baxıb yönləndirməlidir.
Sahə həkiminin yanına düsmək ücün 30-40 adamlıq növbəyə dayanırsan, kiçicik pəncərədəki xanıma şəxsiyyət vərəqini təqdim edirsən, xanım qız sistemə vurub göndərir həkimin yanına…
Həkim də xeyli növbədən sonra, göndərir kordioloqa… Kordioloji kabinetə uzun növbədən sonra daxil olursan, kordioloq da kordioqramma cixarib, resept yazıb göndərir təzədən sahə həkiminə.
Sahə həkimi reseptə baxib deyir sabah gələrsiz analizlərə…
Deyirsən ay həkim, arayış verin sabah birbaşa gəlim laboratoriyaya. Əvvəllərdəki kimi. Deyir olmaz sabah gəl sustemə vurulacaq…
Sabah gəlirsən “Bəxtiyar” filmindəki kimi, Zəhra gəl bir də..) yenə 30-40 adamdan sonra birtəhər özünü yetirirsən pəncərəyə, xanım qız sistemə vurub göndərir sahə həkiminə. Sahə həkimi başına döndüyüm balaca bir kagız verib səni yönəldir bayaqki pəncərəyə. Pəncərənin qabagındaki 30-40 adama deyirsən mən bu kagızı verməliyəm xanıma cek almalıyam, deyirlər olmaz, dayan növbəyə, deyirsən növbədən indi cıxmışam, deyirlər olmaz, dayanırsan təzədən növbəyə əgər dayana bilirsənsə, növbən catır, deyirsən ay qızım, bayaq bunu həll edib verərdin o ceki, deyir olmaz, qayda-qanun var…
Ceki alıb gəlirsən laboratoriyaya, pah, burdakı dəstgah ayrı aləmdi. Bayaqkılar toya getməliymiş.
Kolyaskada gələn kim, cəliklə gələn, yerindən dura bilməyən, tarazlıgını saxlaya bilməyib divara söykənən kim, “cavanının” 70 yaşi var. Hamı da əsəbi, növbədəki hara qədər…(
Əvvəllər beş-on dəqiqəyə həll olunan bir iş necə saata əsəb bahasına başa gəlir, ta kordioloqluq yox, birbaşa o yanlıq olursan…(
Moşu kardeş demiş, budu sənin “ekologiyan?..”
Müəllif: Zümrüd Səfərova
Mənbə: Azərbaycan.media