İran Prezidenti Məsud Pezeşkian Urmiya şəhərində ziyalılar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı Azərbaycan dilində şeir oxuyub.
Azərbaycan.media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Prezident Pezeşkian Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirindən bir parça səsləndirib. O, çıxışı zamanı insanlıq, vətən sevgisi və xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralarla iştirakçılara müraciət edib.
