Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə yola düşüb.
Azərbaycan.media xəbər verir ki, dövlət başçısının şərəfinə Astana Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında hər iki ölkə liderinin qarşısından keçib.
