🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstan Azərbaycandan elektrik alışını 6,7 dəfə çoxaldıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 372,76 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi SC-nin hesabatında məlumat verilib.

Rəsmi rəqəmlərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalı 6,7 dəfə artıb.

Hesabat dövründə Gürcüstan ümumilikdə 1 milyard 542 milyon kilovatt/saat elektrik enerjisi idxal edib. Bunun 43,6 faizini (672,73 milyon kVt/saat) Rusiya təmin edib. Azərbaycan isə qonşu ölkənin enerji tələbatının 24,18 faizini ödəyib.

Bundan başqa, yanvar-sentyabr aylarında Gürcüstan üzərindən Azərbaycandan Türkiyəyə 519,94 milyon kilovatt/saat elektrik enerjisi tranziti həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz azdır.